Rulo steyk hazırlanması

Rulo steyk hazırlanma qaydası

Lazım olan ərzaqlar

  • Can əti- 200 qr
  •  Göbələk- 30 qr
  •  Pomidor- 50 qr
  •  Baş soğan- 1 ədəd
  •  Xama- 30 qr
  •  Holland pendiri- 20 qr
  •  Duru yağ
  •  Duz istiot

Hazırlanma qaydası

  • Can əti vərəq kimi açılıb sterçin arasında döyülür, duz və istiot vurulur.
  • Göbələk soğan pomidor xırda doğranır holland pendiri sürtgəcdən keçirilir.
  • Yağ əlavə olunmuş tavada göbələk daha sonra soğan pomidor holland pendiri yağa düşənədək qovrulur. Duz istiot axırda xama əlavə edilir.
  • Qovrulmuş tərəvəzlər can ətinin üzərinə qoyulub rulet şəklində bükülür və qabaqcadan 180 dərəcə qızdırılmış sobada 25 dəq hazırlanır.
  • Nuş olsun!