Qat-qat yuxada toyuq əti salati

Qat-qat yuxada toyuq əti salatı hazırlanması

Lazım olan ərzaqlar

  • Quyruq -100 qr
  • Toyuq filesi- 250 qr
  • Təzə xiyar- 2 ədəd
  • Pomidor- 2 ədəd
  • Turşu xiyar- 1 ədəd
  • Lavaş- 10 ədəd
  • Mayanez
  • Duru yağ
  • Duz istiot

Hazırlanma qaydası

  • Quyruq və toyuq əti xırda doğranılır. Duz istiot əlavə olunub tavada qovrulur.
  • Təzə xiyar turşu xiyar pomidor xırda doğranılır.
  • Qovrulmuş toyuq əti odun üzrindən götürülür. Doğranmış ərzaqlara əlavə edilir. Duz istiot vurulur.
  • Yuxanın üzərinə mayanez çəkilir. Içlik qoyulur. Üzərinə yenidən yuxa qoyulur. Proses yuxa qurtaranadək davam edilir.
  • Qat qat yuxa tavada duru yağ əlavə edilərək iki tərəfli qızardılır.