Lobya şorbası və hazırlanma qaydası

Lobya şorbasi və hazırlanma qaydası

Lazım olan ərzaqlar

  • Təzə lobya- 300 qr
  •  Pomidor- 1 ədəd
  •  Kartof- 1 ədəd
  •  Kərə yağı
  •  Tomat pastası- 1 xörək qaşığı
  •  Su- 1 litr
  •  Abqora- 1 xörək qaşığı
  •  Quru nanə
  • duz istiot

Hazırlanma qaydası

  • Təzə lobya, pomidor, soğan, kartof, xırda doğranılır.
  • Lobyanın üzərinə su əlavə edilub bişirdilir.
  • Kərə yağı əlavə edilmiş tavada əvəlcə soğan qızardılır. Soğanın üstünə pomidor və tomat pastası əlavə olunub yağa düşənədək qovrulur.
  • Suyu çəkilmiş və tam bişmiş lobyanın üstünə qovrulumuş tərəvəzlər kartof qaynar su duz istiot abqora əlavə edilib zəif odda bişirilir.
  • Hazır şorbanın üzərinə nanə səpilir.
  • Nuş olsun!