Kartof dolması və hazırlanması

Kartof dolması və hazirlanma qaydasi

Lazım olan ərzaqlar

  • ət- 250 qr
  • kartof- 5 ədəd
  • baş soğan- 1 ədəd
  • yumurta- 1 ədəd
  • duru yağ
  • duz
  • istiot
  • sarıkök

Hazırlanma qaydası

  • Ət soğanla birlikdə ətçəkən maşından keçirilir. Duz istiot və sarıkök əlavə edilərək duru yağda qovrulur.
  • Kartof suda bişirilir. Qabığı soyulur. Duz istiot sarıkök əlavə olunub əzilir.
  • Kartof püresi hissələrə bölünür. Quş yuvası formasında açılır üzərinə 2 xq qiymə qoyulur və bükülür.
  • Tavada yağ qızdırılır, kartof dolması çalınmış yumurtaya batırıb qızardılır.
  • Nuş olsun!