Dovğa hazırlanması

Ətli dovğa hazırlanması

Lazım olan ərzaqlar

  • Qatıq- 2l
  • Can əti- 250 qr
  • Baş soğan- 1 ədəd
  • Xama- 100 qr
  • Yumru düyü- 50 qr
  • Noxud- 80 qr
  • Yumurta- 2 ədəd
  • Göyərti (keşniş, şüyüd, göy soğan, cəfəri, çuğundur yarpağı, təlpətöyün turşəng, nanə, ispanaq)
  • Duz istiot

Hazırlanma qaydası

  • ətçəkən maşından keçirilmiş ət və soğan qarışığına duz istiot əlavə olunub balaca küftələr hazırlanır.
  • Küftələr biraz duz əlavə edilib suda bişirilir.
  • Axşamdan noxud isladılır və bişirilir.
  • Qatığın üzərinə biraz su, xama, yumurta əlavə edilib çalınır, daha sonra axşamdan isladılmış düyü bişmiş noxud xırda doğranmış göyərti əlavə olunub zəif odda bişirilir.
  • Düyünün bişməsinə az qalmış dovğaya küftələr əlavə edilir. Duz istiot vurulur.
  • Nuş olsun!