Çiyələkli tort resepti

Çiyələkli tort resepti və hazırlanma qaydası

Biskvit üçün

Kərə yağı-   175 qr   

Şəkər tozu- 250qr   

Un-               250 qr 

Qabartma tozu-3 çay qaşığı   

Kakao tozu-      3 xörək qaşığı

Yumurta-          6 ədəd

Krem üçün

Qaymaq – 200 qr

Kəsmik-     150 qr

Şəkər tozu-  100 qr

Jelatin-        3 qr

Çiyələk-      200qr

Çiyələkli tort hazırlanma qaydası

  • Biskvit hazırlamaq üçün

Əvvəlcə kərə yağı şəkər tozu ilə mikserlə qarışdırılır. Daha sonra yumurta əlavə edilib yenə qarışdırlır. Qarışığa bir bir un qabartma tozu kakao vurulur. Və taxta qaşıqla qarışdırlır. Xəmir diametri 24 sm olan olan formaya yayılıb qabaqcadan 180 dərəcəyədək qızdırılmış sobada 45 dəqiqə hazırlanır.

  • Krem hazırlamaq üçün

Qaymaq mikserlə çalınır. Başqa qabda kəsmik çalınır və qaymağa əlavə edilir. Çiyələk blenderlə püre halına salınır və şəkər tozu ilə qarışdırlır. Jelatin adi qaydada əridilir. Bütün ərzaqlar qarışdırlıb mikserlə çalınır.

  • Son mərhələ

Krem hazır soyumuş biskvitin üzərinə çəkilir. Tort 1 gün buzxanada saxlanmalıdır. Süfrəyə verilməzdən 2-3 saat əvvəl tort buzxanadan çıxarılır və çiyələklə bəzədilir. Nuş olsun!