Toyuq çığırtması resepti

Toyuq çığırtması resepti Lazım olan ərzaqlar Kənd çolpası- 2 ədəd  Baş soğan- 10 ədəd  Yumurta- 15 ədəd  Kərə yağı- 200 qr  Abqora- 50 qr  Duz istiot Hazırlanma qaydası resepti Çolpa tikələr bölünür, yuyulur, və xırda doğranmış soğanla kərə yağında qovrulur. Duz istiot vurulur. Çolpa bişənə yaxın, üzərinə yaxşı çalınmış yumurta əlavə edilir. Yeməyi qarışdırmadan üzərinə abqora gəzdirilir və yağa düşənədək bişirilir. Nuş olsun!

"Toyuq çığırtması resepti"

Xəngəl hazırlanması resepti

Xəngəl hazırlanma qaydası resepti Lazım olan ərzaqlar Toyuq əti- 400 qr  Kərə yağı- 150 qr  Soğan- 2 ədəd  Un- 2 stəkan  Su  Yumurta- 1 ədəd  Noxud- 80 qr  Keşniş- yarım dəstə  Quru nanə  Duz istiot Hazırlanma qaydası resepti Toyuq əti tikələrə bölünür və su əlavə edilib qaynadılır, üzərinə çıxan kəf yığılır və bişirilir. Axşamdan isladılmış noxud bişirilir və qaynayan toyuq ətinə əlavə olunur. Una yumurta, duz ilıq su əlavə olunub xəmir yoğrulur. Soğan xırda doğranılır…

"Xəngəl hazırlanması resepti"

Lobya şorbası hazırlanma qaydası

Lobya şorbası hazırlanma qaydası Lazım olan ərzaqlar Lobya- 300 qr  Soğan- 3-4 ədəd  Kərə yağı- 150 qr  Kartof- 2 ədəd  Pomidor- 2 ədəd  Yumurta- 2 ədəd  Şüyüd- yarım dəstə  Duz istiot Hazırlanma qaydası Axşamdan isladılmış lobya qaynayan suya əlavə edilib bişirilir. Lobya bişənə yaxın üzərinə kubvari doğranılmış kartof əlavə edilir və yenidən bişirilir. Soğan xırda doğranılır və kərə yağında qovrulur üzərinə sürtgəcdən keçirilmiş pomidor əlavə edilir və qaynayan lobyanın üzərinə əlavə olunur. Duz istiot əlavə…

"Lobya şorbası hazırlanma qaydası"

Gül kələmli şorba

Gül kələm şorbası hazırlanma qaydası Lazım olan ərzaqlar Gül kələm- 300 qr Toyuq filesi- 250 qr  Soğan- 1 ədəd  Kərə yağı- 50 qr  Bitki yağı- 50 qr  Qırmızı bibər- 1 ədəd  Pomidor- 2 ədəd  Kartof- 1 ədəd  Su- 500 qr  Duz istiot Hazırlanma qaydası Soğan xırda toyuq filesi kartof bibər kub formasında doğranılır. Pomidor sürtgəcdən keçirilir gül kələm parçalara ayrılır. Qazana hər iki yağdan əlavə edilir. Öncə soğan qızardılır, qızardılmış soğanın üzərinə toyuq filesi əlavə…

"Gül kələmli şorba"

Göbələk şorbası

Göbələk şorbası Lazım olan ərzaqlar Göbələk- 300 qr   Soğan- 1 ədəd   Bolqar bibəri- 1 ədəd   Duru yağ-   Süd- 1 litr   Qaymaq- 200 qr   Kartof nişastası və ya un- 50 qr   Duz istiot Hazırlanma qaydası Göbələk soğan və bolqar bibəri çox xırda doğranılır. Duru yağda əvvəlcə göbələk daha sonra soğan və bibər qovrulur. Göbələk qovurmasının üzərinə qaymaq duz istiot əlavə olunub qarışdırılır və zəif odda qaynadılır. Qaynayan şorbaya süd…

"Göbələk şorbası"

Çolpa şorbası

Azərbaycansayağı çolpa şorbası Lazım olan ərzaqlar Cücə- 1 ədəd  Kərə yağı- 150 qr  Soğan- 1 ədəd  Noxud – 100 qr  Alça qurusu- 5 ədəd  Keşniş- 1 dəstə  Zəfəran  Duz istiot Hazırlanma qaydası Cücə əti tikələrə bölünür, yuyulur, və üzərinə su əlavə edilib odun üzərində qoyulub qaynadılır, kəfi yığılır və zəif odda bişirilir. Soğan xırda doğranılır və kərə yağında ayrıca tavada qovrulur. Cücə biraz bişdikdən Cücə şorbasına alça qurusu sonra üzərinə axşamdan isladılmış və bişirilimiş noxud…

"Çolpa şorbası"

Qaymaqlı tomat şorbası və hazırlanması

Qaymaqlı tomat şorbası və hazırlanması Lazım olan ərzaqlar Tomat pastası- 150 qr Un- 50 qr Dəfnə yarpağı- 2-3 ədəd Duru yağ- 80 qr Parmezan pendiri- Qaymaq Suxarı Pul bibər duz, istiot Hazırlanma qaydası Yağda qovrulmuş unun və tomat pastasının üzərinə su əlavə edilib zəif odda qaynamağa qoyulur. Qaynayan şorbaya dəfnə yarpağı, pul bibər, duz istiot əlavə edilir. Hazır şorbanın üzərinə qaymaq, suxarı, əlavə olunur, sürtgəcdən keçirilmiş parmezan pendiri səpilir. Nuş olsun!

"Qaymaqlı tomat şorbası və hazırlanması"

Lobya şorbası və hazırlanma qaydası

Lobya şorbasi və hazırlanma qaydası Lazım olan ərzaqlar Təzə lobya- 300 qr  Pomidor- 1 ədəd  Kartof- 1 ədəd  Kərə yağı  Tomat pastası- 1 xörək qaşığı  Su- 1 litr  Abqora- 1 xörək qaşığı  Quru nanə duz istiot Hazırlanma qaydası Təzə lobya, pomidor, soğan, kartof, xırda doğranılır. Lobyanın üzərinə su əlavə edilub bişirdilir. Kərə yağı əlavə edilmiş tavada əvəlcə soğan qızardılır. Soğanın üstünə pomidor və tomat pastası əlavə olunub yağa düşənədək qovrulur. Suyu çəkilmiş və tam bişmiş…

"Lobya şorbası və hazırlanma qaydası"

Dovğa hazırlanması

Ətli dovğa hazırlanması Lazım olan ərzaqlar Qatıq- 2l Can əti- 250 qr Baş soğan- 1 ədəd Xama- 100 qr Yumru düyü- 50 qr Noxud- 80 qr Yumurta- 2 ədəd Göyərti (keşniş, şüyüd, göy soğan, cəfəri, çuğundur yarpağı, təlpətöyün turşəng, nanə, ispanaq) Duz istiot Hazırlanma qaydası ətçəkən maşından keçirilmiş ət və soğan qarışığına duz istiot əlavə olunub balaca küftələr hazırlanır. Küftələr biraz duz əlavə edilib suda bişirilir. Axşamdan noxud isladılır və bişirilir. Qatığın üzərinə biraz su,…

"Dovğa hazırlanması"