Bilərzik salatı hazırlanması (mal əti ilə)

Bilərzik salatı hazırlanması (mal əti ilə)

Salat hazırlanması üçün lazım olan ərzaqlar

Yağsız mal əti- 1 kq

Baş soğan- 2 ədəd

Mayonez- 2 xq

Yumurta- 8 ədəd

Limon- yarım hissə

Düyü- 300 qr

Duru yağ- 20  qr

Kərə yağı- 200 qr

Zirinc- 50 qr

Duz istiot

Hazırlanma qaydası

  • Mal əti soğanla birlikdə ətçəkən maşında xırda gözündən keçirilir.
  • Çəkilmiş ətə duz istiot mayonez əlavə edilib qarışıdırılır.
  • Yumurta qaynadılır.
  • Kərə yağına zirinc əlavə olunub zəif odda əridilir.
  • ət farşı yağlanmış xüsusi formaya bilərzik şəkilndə salınır içinə qabığı soyulmuş bütöv yumurta yerləşdirilir və əvvəlcədən 180 dərəcə qızardılmış sobada 35 dəq hazırlanır.
  • Düyü duz və limon şirəsi əlav edilmiş suda qaynadılıb süzülür, üzərinə zirincli kərə yağı gəzdirilib dəmə qoyulur.
  • Süfrəyə dəmlənmiş düyü bilərziyin mərkəz hissəsinə əlavə edilərək verilir.
  • Nuş olsun!