Badımcan ruleti salatı hazırlanması

Badımcan ruleti salatı hazırlanması

Lazım olan ərzaqlar

Badımcan- 2 ədəd

Toyuq filesi- 100 qr

Kök- 1 ədəd

Baş soğan- 1 ədəd

Mayanez- 20 qr

Duru yağ- 50 qr

Kərə yağı- 50 qr

Duz istiot

Hazırlanma qaydası

  • Badımcan lay lay doğranılıb duzlanır. Suyun altında acı suyu çıxardılıb duru yağda qızardılır.
  • Toyuq filesi quşbaşı doğranılır. Mayonez duz istiot əlavə edilib basdırma edilir.
  • Baş soğan xırda doğranılır. Kərə yağında qovrulur üzərinə basdırma toyuq filesi əlavə edilib yağa düşənədək qovrulur.
  • Kök sürtgəcdən keçirilir. Və kərə yağında duz istiot əlavə edilib ayrıca qovrulur.
  • Qızardılmış badımcan sırayla düzülür, üzərinə perpendikulyar şəkildə yenidən bir ədəd badımcan qoyulur.
  • Sonda qoyulumuş badımcanın üzərinə əvvəlcə qovrulmuş toyuq filesi daha sonra kök əlavə edilib bükülür.
  • Badımcan ruleti süfrəyə verilərkən lay lay doğranılır.
  • Nuş olsun!